Sumqayıtda eksternat qaydasında aralıq imtahanları keçirilib. Sumqayıt24 bu haqda 24 dekabr tarixində Abşeron-Xızı Regional Təhsil İdarəsinə istinadən xəbər verir.
Təhsil İdarəsi üzrə olan imtahanlar 18 nömrəli məktəbdə təşkil olunub. Burada ümumi orta və tam orta təhsil bazası üzrə 215 nəfər iştirak edib.
Qeyd edək ki, eksternat imtahanlarında uğur qazanmış şəxslər attestat almaq üçün DİM-in buraxılış imtahanlarında iştirak edə bilərlər.