Sumqayıtda sakinlər evlərindən məcburi çıxarılırlar. Sumqayıt24 bu haqda 1 noyabr tarixində xəbər verir.
Xəbər verdiyimiz kimi, 4-cü məhəllədə yerləşən üçmərtəbəli binalar plana düşüb. Yaxın aylarda onların sökülməsi planlaşdırılır. Ərazidə “Skypark” şirkəti tərəfindən çoxmərtəbəli evlər tikiləcək.
Lakin sakinlərin bir qismi verilən kompensasiyadan narazıdır. Onların sözlərinə görə, mənzillərin qiymətləndirilməsi düzgün aparılmır:
“Kvadratmetrə görə 1200 manat verirlər. Halbuki bura mərkəzdir, evlərin qiyməti yüksəkdir. Bundan əlavə, qanuni şəkildə tikdiyimiz eyvanları da saymırlar. Deyirlər: “Çıxacaqsınız mənzillərinizdən, binalar söküləcək”. Obyektlərin qapıları da qanunsuz hörülüb. Qarşı çıxanları isə polis bölməsinə aparıb cərimələyirlər. Qayda var, qanun var. Onların etdiyi nə dərəcədə düzgündür?!”
[modula id="44858"]