Sumqayıtda arxiv binası tikilir. Sumqayıt24 bu haqda 17 yanvar tarixində Banker.az-a istinadən xəbər verir.
Milli Arxiv İdarəsi “Koneks Construction” MMC ilə 9 milyon 242 min 699 manatlıq müqavilə bağlayıb. Müqavilədə ”Azərbaycan Respublikasında arxiv işinin inkişafına dair 2020-2025-ci illər üçün Dövlət Proqramı”nın maliyyə təminatı ilə bağlı “Dövlət Arxivi Sumqayıt filialı üçün arxiv binasının tikintisi işləri”nin satın alınması nəzərdə tutulur.