Sumqayıtda istehlakçılara ödənişsiz hüquqi yardım göstəriləcək. Bu haqda 10 mart tarixində Sumqayıt24 İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə istinadən xəbər verir.
Ümumdünya İstehlakçı Hüquqlarının Müdafiəsi Günü ilə əlaqədar təşkil olunan aksiya 13-14 mart tarixlərində saat 10:00-13:00 radələrində baş tutacaq. Xidmətdən istifadə etmək istəyən şəxslər aşağıdakı əlaqə vasitələrindən istifadə edərək qeydiyyatdan keçə bilərlər:
Əlaqələndirici şəxs: Araz Həsənli
Tel: (055) 867 53 32.
Email: [email protected]
Ünvan: Sülh küçəsi, 76. Dövlət Xidmətinin 2 saylı Regional bölməsinin binası (Sumqayıt Məhkəmə Kompleksinin yanı).