Ölkəmizə sulfat turşusunun idxalı dayandırılacaq. Bu haqda bu gün, 21 iyul tarixində APA-ya istinadən xəbər veririk.
"Azərsulfat" MMC-nin rəhbəri Emil Quliyev bildirib ki, yerli istehsala yer veriləcək və istehsal olunan yerli məhsullar ixrac olunacaq: "Hazırda Gürcüstanın "Rustavi Azot" müəssisəsi ilə müqavilə imzalanıb. İstehsal olunan yerli məhsulun 10 min tonu ixrac üçün ayrılıb".