Sumqayıtda istehsal olunan məhsul daha bir Avropa ölkəsinə göndəriləcək. Sumqayıt24 bu haqda 14 iyul tarixində Scip.az-a istinadən xəbər verir.
Sumqayıt Kimya Sənaye Parkının rezidenti “Azertexnolayn” MMC Finlandiyaya quyu qapaqlarının ixracına başlayıb. İlkin mərhələdə sifarişçiyə 240 tondan çox məhsulun göndərilməsi nəzərdə tutulur.
Qeyd edək ki, şirkət tərəfindən istehsal olunan 60-dan çox çeşiddə məhsul dünyanın 15-dən çox ölkəsinə ixrac edilir.