İyulun 16-da gözlənilən hava şəraiti açıqlanıb.
Sumqayit24.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, Sumqayıtda havanın yağmursuz keçəcəyi gözlənilir. Zəif cənub-şərq küləyi əsəcək.
Temperatur gecə 22-26, gündüz 34-39 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 753 mm civə sütunu, nisbi rütubət isə gecə 65-75%, gündüz 40-45 % təşkil edəcək.