Sabahdan Azərbaycanda növbəti istilik mövsümünə start verilir.
Sumqayit24.az "Azəristiliktəchizat" ASC-yə istinadən xəbər verir ki, 2026-2027-ci illər payız-qış mövsümü ərzində Sumqayıtda və digər bölgələrdə 549 qazanxana, 87 istilik məntəqəsi və 2 yüksəldici nasos stansiyası vasitəsilə 3 838 yaşayış binasının (təxminən 178 min mənzil), 272 məktəbin, 159 uşaq bağçasının, 142 səhiyyə obyektinin və digər obyektlərin istiliklə təmin edilməsi nəzərdə tutulur.
Qeyd edək ki, iqlim şəraiti fərqli olan 26 rayon və şəhərdə istilik mövsümü noyabrın 1-dən, Bakıda, Sumqayıtda və digər ərazilərdə isə noyabrın 15-dən başlayır. Əvvəlki illərdə istilik mövsümünün noyabrın 1-dən başlanması nəzərdə tutulan şəhər və rayonların sayı cəmi 9 ədəd olub və qeyd edilən 26 rayondan 18-də "Azəristiliktəchizat"ın xidmət sahələri fəaliyyət göstərir.