Sumqayıtda ətraf mühitin təmizliyinin təmin edilməsi istiqamətində tədbirlər görülüb.
Sumqayıt Bələdiyyəsindən Sumqayit24.az-a verilən məlumata görə, "Bələdiyyə Parkı" ərazisinə 20 ədəd tullantı qabı yerləşdirilib. Yeni qoyulan qablar öz keyfiyyəti və iri tutumu ilə seçilir.