Sumqayıtın daha bir hissəsində itləri öldürüblər. Sumqayıt24 bu barədə 30 iyul tarixində sosial şəbəkələrə istinadən xəbər verir.
Bu dəfə hadisə H.Z. Tağıyev qəsəbəsində baş verib. Yayılan məlumata görə naməlum şəxslər ərazidə olan küçə itlərinə zəhərli yem veriblər. Onu yeyən canlılar çox keçmədən keçiniblər. Bir çox olmüş itin yeni doğulmuş balaları var və sosial şəbəkə istifadəçiləri onların aqibətindən narahatdırlar.
Xatırladaq ki, birləşmiş məhəllədə də küçə heyvanlarından eyni üsulla qurtulublar.