Sumqayıtda “İVECO” markalı yüngül, orta və iritonnajlı yük və xüsusi təyinatlı avtomobillər istehsal olunacaq. Sumqayıt24 bu haqda bu gün, 29 aprel tarixində İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, “Az-Tex-Import” MMC-yə Sumqayıt Kimya Sənaye Parkında rezidentlik verilib. Şirkət “park”ın 3 hektar ərazisində bəhs etdiyimiz nəqliyyat vasitələrini istehsal edəcək. İşlər zamanı İtaliyanın qabaqcıl texnlologiyalarından istifadə olunacaq.
Qeyd edək ki, investisiya dəyəri 19,2 milyon manat olan layihə çərçivəsində 90 nəfər daimi işlə təmin ediləcək. Müəssisənin məhsullarının xarici ölkələrə də ixracı planlaşdırılır.