“Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti” publik hüquqi şəxs “EL EPCM” MMC ilə müqavilə bağlayıb.
Banker.az-ın məlumatına görə, imzalanmış sənədə əsasən Sumqayıt şəhəri “Acı dərə” kanalının trassası boyu kanalizasiya və yağış suları sisteminin yenidən qurulması işləri nəzərdə tutulur. Müqavilənin dəyəri isə 41 milyon 505 min 291 manatdır.