1 nömrəli Şəhər Xəstəxanasında “Ürək-damar xəstəliklərinin müalicəsinə müasir yanaşma" mövzusunda seminar təşkil olunub. Sumqayıt24 bu haqda 19 dekabr tarixində Sumqayıt Tibb Mərkəzinə (STM) istinadən xəbər verir.
Elmi-Tədqiqat Kardiologiya İnstitutunun keçirdiyi görüşə tibb müəssisələrinin kardioloqları qatılıblar. Onlara ürək çatışmazlığı və hipertenziya kimi xəstəliklərin müalicəsi ilə bağlı tövsiyələr verilib. Angioqrafiyada əks göstərişlər və şəkərli diabetlə mübarizə haqqında məruzələr dinlənilib.
Sonda iştirakçıların sualları cavablandırılıb.