19-20 fevral tarixlərində “Nifrət Nitqi və onun Sosial təzahürləri” mövzusunda təlim keçiriləcək. Bu haqda “Sağlam Düşüncə" Gənclər Təşkilatı (SDGT) məlumat yayıb.
Sumqayıt Gənclər Evində keçiriləcək təlimə 18 yaş və üzəri gənclər qatıla bilərlər. Tədbir saat 10:00-dan 17:00-dək davam edəcək. İştirakçıların qidalanması ödənişsiz təmin olunacaq.
Tədbirdə fəal iştirak edən 2 gənc 24-30 mart tarixlərində, Ukraynanın Sumy şəhərində keçiriləcək təlim kursunda iştirak haqqı qazanacaq.
Qeydiyyatdan keçmək istəyənlər 13 fevral saat 23:59-dək aşağıdakı linkə daxil ola bilərlər: