Sumqayıtda keçirilən "FərqliSƏN!?" adlı forum başa çatıb. Bu haqda bu gün, 23 may tarixində Gənclər və İdman Baş İdarəsinin rəsmi Facebook səhifəsinə istinadən xəbər veririk.
Məlumata əsasən, Heydər Əliyev Mərkəzinin akt zalında keçirilən forumda 400-ə yaxın gənc iştirak edib.
3 saat davam edən foruma dəvət olunan qonaqlar “İnsan mühəndisliyi”, “Karyera planlamasında marketinqin rolu”, “Əmək bazarında Biz”, “Beynimiz necə çalışır?”, “Davranışımızın sosial-psixoloji tərəfləri” kimi müxtəlif mövzularda çıxış ediblər.