Sumqayıtda narkotik maddələrin qanunsuz dövriyyəsinə qarşı tədbir keçirilib.
Sumqayit24.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Aparılan tədbir zamanı əvvəllər dəfələrlə məhkum olunmuş, 46 yaşlı R. Məmmədxanlı saxlanılıb. Ondan 8 ədəd psixotrop tərkibli metadon həbi aşkarlanaraq götürülüb. Saxlanılan şəxsin yaşadığı evə baxış zamanı isə marixuana, heroin, metamfetamin və psixotrop tərkibli metadon həbləri də aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.