Sumqayıtda kiçik rəssamların əl işləri nümayiş olunub. Sumqayıt24 bu haqda 13 iyun tarixində 1 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinə istinadən xəbər verir.
"Rənglərin dili" başlığı ilə təşkil olunan hesabat sərgisi sözügedən mərkəzin həyatyanı sahəsində baş tutub. Burada təsviri incəsənət dərnəyi üzvlərinin 1 il ərzində çəkdikləri rəsm işlərinə baxış keçirilib.