Kiçikhəcmli gəmilərə texniki baxış keçiriləcək. Sumqayıt24 bu haqda 6 yanvar tarixində Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən hər ayın 2-ci və 3-cü həftəsində (yalnız cümə axşamı və cümə günləri) Görədil-Sumqayıt şəhəri - H.Z. Tağıyev qəsəbəsi istiqamətində yoxlamalar olacaq.
Qeyd edək ki, cədvəldə göstərilmiş günlər hava şəraiti ilə əlaqədar dəyişdirilə bilər. Həmçinin çimərlik mövsümündə texniki baxışlar qismən məhdudlaşdırıla bilər.