Sumqayıtda kimsəsiz şəxsi xəstəxanadan qovublar.
Buna biganə qalmayan xanım Sumqayit24.az-a müraciət edərək bildirib ki, ayağı sınan yaşlı kişi kömək üçün Travmatologiya xəstəxanasına müraciət etsə də, rədd cavabı alıb. Son bir neçə günü o, sözügedən tibb mərkəzinin önündə oturaraq keçirib.
Xanımın sözlərinə görə, kişi kimsəsizdir və aldığı travmadan ayaq üstə dayana bilmir.