top
Sumqayıtda kişi arvadını mübahisə zamanı şillələyib
18 noyabr 2022, 06:33
- ↺ +

Sumqayıtda kişi arvadını mübahisə zamanı şillələyib

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Sumqayıtda ər şəxsi münasibətlər zəminində arvadına xəsarət yetirib. Sumqayıt24 bu barədə 18 noyabr tarixində Oxu.az-a istinadən xəbər verir.

Hadisə şəhərin Kimyaçılar qəsəbəsində qeydə alınıb. 37 yaşlı Cabbar yaşadıqları mənzildə arvadı ilə mübahisə edib. Mübahisə zamanı o, yoldaşının üzünə, bədəninin müxtəlif nahiyələrinə şillə ilə vuraraq ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.

İstintaq orqanı tərəfindən Cabbarın barəsində Cinayət Məcəlləsinin “qəsdən sağlamlığa xəsarət yetirmə” maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Cabbar ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilib. O bildirib ki, 2012-ci ildə Nəcibə ilə ailə qurub: “Rəsmi nikahımız var. Birgə nikahımızdan biri qız, digəri oğlan olmaqla iki övladımız var. Həyat yoldaşım Nəcibə ilə boşanma ərəfəsindəyik. Bununla bağlı Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmişik”.

Təqsirləndirilən şəxs qeyd edib ki, hadisə baş verən gün, gecə saat 01:30-da ayıq vəziyyətdə evə gəlib, təmir zamanı qonşu otağa apardıqları əşyaları evlərinə yığmağa başlayıb:

“Maddi sıxıntılar içində olduğumdan son vaxtlar daha əsəbi və səbirsiz olmuşam. Əşyaları evə yığarkən bir az səs-küy çıxdı. Gətirdiyim stolun ayağı həyat yoldaşım Nəcibənin ayağına dəydi. O da bir az əsəbi cavab verdi. Mən də ondan sakit, bir az səbirli olmasını xahiş etdim. Sonra aramızda mübahisə baş verdi. Şəxsi münasibət zəminində baş verən mübahisə zamanı şillə ilə iki dəfə həyat yoldaşımın sifətindən vurdum. Nəcibə məni itələdikdə mən də onu özümdən uzaqlaşdırdım. Bu zaman o, yerə yıxıldı, nə olduğunu bilmədim. Daha sonra mübahisə sonlandı. Mən uzaqlaşaraq yan otağa keçdim”.

Cinayət işi üzrə zərərçəkmiş qismində ifadə verən Nəcibənin sözlərinə görə, Cabbar hadisə günü sərxoş vəziyyətdə evə gəlib və təmir zamanı qonşu otağa apardıqları əşyaları evlərinə yığmağa başlayıb:

“Həyat yoldaşım əsəbi və hövsələsiz biridir, əşyaları tez-tez səs-küy salaraq otağa yığarkən qonşuların yatdığını bildirdim və bir az səssiz olmasını xahiş etdim. Cabbar isə dedi ki, “özüm bilərəm, sən sakit ol, yaxşı edirəm”. Yenidən sakit olmasını, daha asta hərəkət etməsini bildirdim. Cabbar isə daha əsəbi formada nalayiq ifadələrlə təhqir etməyə başladı. Daha sonra şillə ilə sifətimin sol nahiyəsinə iki dəfə vurdu. Özümü kənara çəkdikdə ayağındakı başmağı çıxararaq sifətimə vurdu. Özümü qorumaq üçün onu itələdikdə boğazımdan tutaraq sıxmağa başladı. Məni itələyərək yerə yıxdı. Qollarım və sağ əlimin 4-cü barmağı otaqdakı şkafın tinlərinə dəydi. Yerə yıxıldıqdan sonra həyat yoldaşım heç nə olmamış kimi mətbəxə keçərək orada oturdu”.

Zərərçəkmiş bildirib ki, səhər saat 05:00-da evdən çıxararaq oğullarını gətirmək adı ilə Tovuz rayonuna gedib. Özü isə polisə şikayət edib. Zərərçəkmiş əri ilə barışdığını, ona qarşı şikayətinin olmadığını deyib.

Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb.

Bu səbəbdən Cabbarın barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad olunub.

Son xəbərlər

Bütün xəbərlər
Dünən, 18:40

Sumqayıt avtobusunda insident: 503 nömrəli marşrutda tüstülənmə - İDDİA

İdman
Dünən, 18:15

"Sumqayıt"ın futbolçusu Azərbaycan millisinin heyətində

Bütün xəbərlər
Dünən, 17:50

Sumqayıtda sakinlər qaz problemi ilə üz-üzə

Bütün xəbərlər
Dünən, 17:12

Susuz qalan sumqayıtlılardan ŞİKAYƏT

Bütün xəbərlər
Dünən, 16:36

Sumqayıtın iki idmançısı Avstriyadan qələbə ilə qayıdır

Bütün xəbərlər
Dünən, 15:55

Sarayda sakinləri boğaza yığan problemlər...

İdman
Dünən, 15:07

"Milli komandada oynamaq mənim üçün böyük şərəfdir" - "Sumqayıt"ın futbolçusu

Bütün xəbərlər
Dünən, 14:00

Sumqayıta sabah gecə və səhər yağış yağa bilər

Bütün xəbərlər
Dünən, 13:20

Sumqayıtda gecə saatlarında əraziyə zibillər daşınır? - İDDİA

İdman
Dünən, 12:45

Sumqayıtlı idmançıdan Zəfər Günü uğuru - qızıl medal qazandı

Bütün xəbərlər
Dünən, 12:12

DYP sürücülərə xəbərdarlıq etdi

Bütün xəbərlər
Dünən, 11:23

Sumqayıtda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir

Bütün xəbərlər
Dünən, 10:28

Sumqayıtda kişinin meyiti mənzilində tapıldı

Bütün xəbərlər
Dünən, 09:32

Mehriban Əliyeva Dövlət Bayrağı Günü münasibətilə paylaşım edib

Bütün xəbərlər
Dünən, 09:10

Bakı-Sumqayıt yolunda ağır qəza - piyada ÖLDÜ

Bütün xəbərlər
Dünən, 00:05

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin son günü - Ermənistan kapitulyasiya aktı imzaladı

Bütün xəbərlər
08 noyabr 2026, 12:33

Prezident İlham Əliyev Zəfər günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Bütün xəbərlər
08 noyabr 2026, 00:05

Bu gün 8 Noyabr - Zəfər Günüdür!

Bütün xəbərlər
08 noyabr 2026, 00:01

Vətən müharibəsinin 43-cü günü – XRONİKA

Bütün xəbərlər
07 noyabr 2026, 18:00

Sumqayıtda küləyin sürəti saniyədə 28 metrə çatacaq

Bütün xəbərlər
07 noyabr 2026, 17:18

Sumqayıtda sürücülər yolu zəbt edir, digərləri çətinlik çəkir

Bütün xəbərlər
07 noyabr 2026, 16:18

Sumqayıtda ev alan şəhid ailələri nə qədər qənaət edəcəklər?

Bütün xəbərlər
07 noyabr 2026, 15:18

Sumqayıtlılar səhəri "qazovka" ilə açdı…

Oxşar xəbərlər