Sumqayıtda intihar hadisəsi olub. Bu haqda 2 mart tarixində Sumqayıt24 Lent.az-a istinadən xəbər verir.
Şəhər sakini, 32 yaşlı Əlamət Əsgərov sirkə turşusu içərək həyatına qəsd edib. O, dərhal Bakıdakı Toksikologiya şöbəsinə yerləşdirilib. Lakin bütün müdaxilələrə baxmayaraq, həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.