Sumqayıt şəhərində bədbəxt hadisə baş verib.
Sumqayit24.az xəbər verir ki, 63 yaşlı Zeynal Qəfərov Sumqayıtçay qəsəbəsi ərazisində, Bakı-Quba yolunun 30-cu kilometrliyində idarə etdiyi velosipeddən yıxılıb.
İlkin ehtimallara görə, yıxılarkən onun başı yerə dəyib və aldığı xəsarətlərdən yerindəcə keçinib.
Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda araşdırma aparılır.