Sumqayıtda "Kitab və coffeenin ahəngini yaşa" adlı kitab yarmarkası keçiriləcək. Bu haqda Sumqayıt24 bu gün, 10 mart tarixində xəbər verir.
Məlumata əsasən, yarmarkada iştirak edən hər kəs “Coffee callisto”-dan 10%-Iik endirim kuponu qazanacaq. Bundan əlavə 10 kitab alana 5 kitab hədiyyə ediləcək.
Həmçinin, bu yarmarkada ödəniş etmədən də kitab əldə etmək mümkün olacaq. Belə ki, 2–ci əl kitabları gətirib yenilərini əldə etmək olar.
Tarix: 12 mart saat 13:00-dan 19:00-dək;
Ünvan: Kafkarotti kitab evi, Heydər Əliyev prospekti, 17-ci məhəllə, bina 46/1 210A (Nərimanov mədəniyyət mərkəzinin yanı).