Bu gün Sumqayıt şəhərində “KOB Fest” sərgi-satış yarmarkası keçirilir. Bu haqda bu gün, 11 iyun tarixində Sumqayıt24 xəbər verir.
Nəsimi parkında təşkil edilən yarmarkada çox sayda yerli məhsullar təqdim olunub. Burada milli geyimlər və suvernirlər, müxtəlif əl işləri, toxunma oyuncaqlar, xalçalar nümayiş etdirilir.
Parka gələn qonalar Azərbaycan xalq mahnıları sədaları altında sərgiyə baxış keçirirlər. Yarmarka saat 20:00-dək davam edəcək. [modula id="16625"]