Sumqayıt KOBİM tərəfindən maarifləndirici seminarlar təşkil olunub. Sumqayıt24 bu barədə 7 dekabr tarixində KOB İnkişaf Mərkəzinə istinadən xəbər verir.
Təlimlər “Biznesdə innovativlik” və “Biznes riskləri” mövzularına həsr edilib. KOBİM-in eksperti innovativ biznes modelləri, biznes risklərinin idarə edilməsi, potensial risklərin təyini barədə iştirakçılara məlumat verib. Sonda mövzu ilə bağlı müzakirələr aparılıb, suallar cavablandırılıb.