Sumqayıtda azyaşlı mənzildə köməksiz vəziyyətdə qalıb. Sumqayıt24 bu haqda 3 yanvar tarixində Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
Hadisə dünən axşam saatlarında baş verib. FHN-in "112" qaynar telefon xəttinə verilən məlumatdan sonra, xilasedicilər həmin ünvana yetişiblər. Onlar mənzilin qapısını açaraq nəzarətsiz qalmış uşağın təhlükəsizliyini təmin ediblər.