Bu gün Sumqayıtda konsert proqramı təşkil olunacaq.
Sumqayit24.az xəbər verir ki, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102 illiyi münasibətilə saat 19:00-da Dünya TV-də konsert proqramı baş tutacaq. Açıq səma altında keçiriləcək bayram konsertində tanınmış ifaçılar çıxış edəcəklər.
Tədbirə hər kəs dəvətlidir.
Ünvan: 6-cı mkr, Məscidin yanı.