Fövqəladə Mobil Könüllü Dəstənin görüşü keçirilib. Sumqayıt24 bu haqda bu gün, 23 fevral tarixində Qızıl Aypara Cəmiyyəti (QAC) Sumqayıt şəhər bölməsinin Facebook hesabına istinadən xəbər verir.
Görüşdə QAC-ın proqram koordinatoru Nigar Rüstəmzadə və Beynəlxalq Qızıl Xaç Komitəsinin məsul işcisi Lyudmila Şepelyova iştirak ediblər. Tədbir zamanı bölmənin humanitar yardımlarla bağlı gördüyü işlərdən danışılıb. Bundan əlavə, 2 ay müddətində könüllülərin COVİD-19-la mübarizə dövründə gördüyü işlər, maarifləndirmə tədbirləri barədə slayd təqdim edilib.