Sumqayıtda KOBİM sahibkarlar üçün təlim keçirib. Bu barədə 31 avqust tarixində KOB İnkişaf Mərkəzinə istinadən xəbər veririk.
“Korporativ idarəetmə” mövzusunda baş tutan təlimdə 5 sahibkar iştirak edib. Seminarda KOBİM-in eksperti müəssisə və şirkətlərin idarə sistemi, hesabatlılıq sisteminin qurulması və sahibkarların maraqlarının qorunması yolları barədə iştirakçılara məlumat verib.
Sonda mövzu ilə bağlı müzakirələr aparılıb, suallar cavablandırılıb.