Saat 14:48
Sumqayit24.az-ın sorğusuna cavab olaraq İri Şəhərlərin Su Təchizatından (İŞST) bildirilib ki, ərazidəki nasoslar onlara yox, "Azərbaycan Dəmir Yolları" QSC-yə aiddir.
"Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) mətbuat katibi Bəxtiyar Hacıyev məsələ ilə bağlı açıqlamasında bildirib ki, Sumqayıtda yeraltı avtomobil yolu tunelində çirkab sularının yığılmasına səbəb elektrik enerjisinin verilişində yaranmış fasilə ilə əlaqədar su nasoslarının fəaliyyətinin dayanması olub.
Hazırda ərazidə yığılmış suların kənarlaşdırılması işləri həyata keçirilir. İşlər başa çatdıqdan sonra qısa müddət ərzində nəqliyyatın hərəkəti bərpa olunacaq.
***
Sumqayıt şəhəri, Yaşıldərə yaşayış massivində avtomobil körpüsünün altını kanalizasiya suları basıb.
Ərazidə yaşayan sakinlər bildirirlər ki, bu yoldan istifadə edən avtobuslar sudan keçməkdə çətinlik çəkir, bəzi minik avtomobilləri isə geri qayitmağa məcbur qalırlar. İddiaya görə, su nasosxanası işləmir və gecə saatlarından bu yol çirkab sulara qərq olub.
Ətraflı Denaz TV-nin süjetində: