top
Kuryerlər aylıq 15 manat sadələşdirilmiş vergi ödəyəcək
Bu gün, 11:47
- ↺ +

Kuryerlər aylıq 15 manat sadələşdirilmiş vergi ödəyəcək

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Kuryer fəaliyyəti ilə fərdi qaydada (muzdlu işçi cəlb etmədən) məşğul olan fiziki şəxslərə münasibətdə sadələşdirilmiş verginin aylıq sabit məbləğ (15 manat) əsasında müəyyən edilməsi təklif olunur.

Sumqayit24.az xəbər verir ki, bu, Vergi Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb.

Qeyd edilib ki, sifarişlərin kuryerlər tərəfindən çatdırılması avtomobil, motosiklet, velosiped və skuter olmaqla müxtəlif vasitələrlə həyata keçirilir. Bu şəxslərin vergi orqanlarına hesabat təqdim etmək və gəlir-xərc uçotu aparmaq kimi vərdişləri demək olar ki, yoxdur və bir çox hallarda mövcud inzibati yük onları qeyri-rəsmi fəaliyyətə sövq edir.

Eyni zamanda, kuryer fəaliyyəti son illərdə elektron ticarətin genişlənməsi ilə paralel olaraq sürətlə artmış və əsasən fərdi qaydada, muzdlu işçi cəlb etmədən fəaliyyət göstərən fiziki şəxslər tərəfindən həyata keçirilən xidmət sahəsinə çevrilmişdir. Bu baxımdan, aylıq sabit məbləğ əsasında sadələşdirilmiş verginin müəyyən edilməsi və vergi öhdəliklərinin sabit qəbz vasitəsilə yerinə yetirilməsi təklif olunur ki, bu da vergilərin hesablanması, ödənilməsi və hesabatlılıq üzrə inzibatçılığı əhəmiyyətli dərəcədə sadələşdirəcək, mühasibatlıq xərclərini azaldacaq.

Təklif olunan sabit vergi modeli həm də vergi orqanları üçün nəzarət və inzibatçılığı asanlaşdırır, əməliyyatların rəsmiləşdirilməsini təşviq edir və sektor üzrə dövriyyənin daha şəffaf uçotuna imkan yaradır. Nəticədə, qeyri-rəsmi fəaliyyət göstərən kuryerlərin rəsmi fəaliyyətə keçidi təşviq olunur və sahibkarlar üçün əməliyyat xərcləri azalır.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 11:50

Sumqayıtda avtobus dayanacağı qışa hazır deyil - ŞİKAYƏT

İdman
Bu gün, 11:15

Klub rəhbərliyi etiraz etdi, komitə sədri isə qərarı təsdiqlədi

Bütün xəbərlər
Bu gün, 10:41

Polad Həşimovun anasının son vəziyyəti açıqlandı - RƏSMİ

İdman
Bu gün, 10:20

"Sumqayıt" səfər oyununa hazırlaşır

İdman
Bu gün, 09:48

Sumqayıtda cüdo məşqçiləri üçün inkişaf proqramı keçirilir

Bütün xəbərlər
Bu gün, 09:15

Sumqayıt məktəblilərinin uğuru - olimpiadada qızıl medal qazandılar

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 40-cı gününün xronikası

Bütün xəbərlər
Dünən, 19:00

Sumqayıtda külək güclənəcək

Bütün xəbərlər
Dünən, 18:40

Sumqayıta sabah yağış yağa bilər

Bütün xəbərlər
Dünən, 18:15

Sumqayıtda bu yoldan istifadə edənlərin NƏZƏRİNƏ

Bütün xəbərlər
Dünən, 17:45

Sumqayıtlılar tullantı verib ting ala biləcəklər

Bütün xəbərlər
Dünən, 17:15

SDU-da hüquq və tibb ixtisaslarının açılması planlaşdırılır - REKTOR AÇIQLADI

Bütün xəbərlər
Dünən, 16:45

Sumqayıtda küçə problemi: yağış yağanda gölməçə, gecə düşəndə zülmət

Bütün xəbərlər
Dünən, 16:43

Bayram günlərində avtovağzallar gücləndirilmiş iş rejimində çalışacaq

Bütün xəbərlər
Dünən, 16:15

"15 dəqiqəlik şəhər": Sumqayıt dörd Azərbaycan şəhəri arasında sondadır

Bütün xəbərlər
Dünən, 15:45

Sumqayıta 25 milyon manat ayrılacaq

Bütün xəbərlər
Dünən, 15:15

Sumqayıtda bu tarixlərdə hava yağışlı olacaq - XƏBƏRDARLIQ

Bütün xəbərlər
Dünən, 14:41

Xəzərin dayazlaşmasına qarşı hansı tədbirlər görüləcək?

Bütün xəbərlər
Dünən, 14:07

Sumqayıtın bu məktəbində qız şagirdlərə şalvar geyinmək qadağan edilib? - İDDİA

Bütün xəbərlər
Dünən, 13:30

"Qurd dərəsi"ndə yağış sakinlər üçün əsl sınağa çevrilir

Bütün xəbərlər
Dünən, 13:00

Sumqayıtda pensiyalar bu tarixdə ödəniləcək

Bütün xəbərlər
Dünən, 12:25

Sumqayıtda Zəfər Günündə konsert keçiriləcək?

Bütün xəbərlər
Dünən, 11:31

Azərbaycanda dəfn pulu artırılır - YENİ MƏBLƏĞLƏR

Oxşar xəbərlər