Sumqayıtda avtobus dayanacaqlarından birinin hazırkı vəziyyəti barədə şikayət var.
Sumqayit24.az-a müraciət edən vətəndaşların sözlərinə görə, Məhəmməd Əsədov küçəsində yerləşən dayanacağın yenilənməsinə ehtiyac var.
Redaksiyamıza təqdim edilən fotodan görünür ki, dayanacaq soyuq və küləkli havalarda sərnişinləri qorumaq üçün kifayət qədər qapalı deyil.
Sakinlər bildirirlər ki, qarşıdan gələn qış mövsümündə bu vəziyyət avtobus gözləyənlər üçün əlavə çətinlik yaradacaq.
Vətəndaşlar aidiyyəti qurumlardan dayanacağın yenilənməsini və problemin aradan qaldırılmasını xahiş edirlər.