top
Vətən müharibəsinin 40-cı gününün xronikası
Bu gün, 00:01
- ↺ +

Vətən müharibəsinin 40-cı gününün xronikası

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu törətdiyi genişmiqyaslı təxribatlara cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. Şanlı Vətən müharibəsi otuzillik işğala son qoyan parlaq Qələbə ilə nəticələndi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Zəfər yürüşü Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı.

Hər günü bir qəhrəmanlıq dastanı olan 44 günlük Vətən müharibəsinin gedişini xronoloji ardıcıllıqla təqdim edirik.

• Döyüş əməliyyatları müxtəlif intensivlikdə cəbhənin Ağdərə və Xocavənd istiqamətlərində davam edib. Cəbhənin bəzi sahələrində çoxsaylı canlı qüvvə və hərbi texnika itirən düşmən geri çəkilməyə məcbur edilib. İşğalçı ordunun hücumlarının, Ermənistan-Azərbaycan dövlət sərhədinin Zəngilan rayonu istiqamətində isə diversiya cəhdlərinin qarşısı qətiyyətlə alınıb.

Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətinin mətbuat katibi Anar Eyvazov Hərbi İnformasiya Mərkəzində keçirilən brifinqdə məlumat verib.

• Prezident İlham Əliyev İspaniyanın EFE informasiya agentliyinə müsahibə verib.

• Azərbaycan Müdafiə Nazirliyi Füzuli və Xocavənd rayonlarının işğaldan azad edilmiş kəndlərinin videogörüntülərini yayıb.

• Cəbhənin Tərtər istiqamətində düşmənin hərbi infrastrukturuna ciddi zərbələr endirilib. Ermənistan silahlı qüvvələrinin 10-cu dağatıcı diviziyasının Tonaşen kəndində yerləşən 7-ci dağatıcı alayının qərargahı, əsgər kazarmaları, sursatla dolu avtomobilləri və digər hərbi infrastrukturu dəqiq artilleriya atəşi ilə dağıdılıb.

• Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin döyüş meydanında atıb qaçdığı və bölmələrimizin qənimət kimi ələ keçirdiyi hərbi texnikaların görüntülərini paylaşıb.

• Ermənistan ordusunun 41-ci artilleriya alayının batareyası və hərbi kolonu məhv edilib.

• Düşmənin dinc əhaliyə qarşı təxribatları nəticəsində sentyabrın 27-dən noyabrın 5-dək 92 mülki şəxs həlak olub, 404 nəfər xəsarət alıb. Həmin dövrdə 2 971 ev, 100 çoxmənzilli yaşayış binası və 502 mülki obyekt yararsız vəziyyətə düşüb. Bu barədə Baş Prokurorluq məlumat yayıb.

Son xəbərlər

Bütün xəbərlər
Dünən, 19:00

Sumqayıtda külək güclənəcək

Bütün xəbərlər
Dünən, 18:40

Sumqayıta sabah yağış yağa bilər

Bütün xəbərlər
Dünən, 18:15

Sumqayıtda bu yoldan istifadə edənlərin NƏZƏRİNƏ

Bütün xəbərlər
Dünən, 17:45

Sumqayıtlılar tullantı verib ting ala biləcəklər

Bütün xəbərlər
Dünən, 17:15

SDU-da hüquq və tibb ixtisaslarının açılması planlaşdırılır - REKTOR AÇIQLADI

Bütün xəbərlər
Dünən, 16:45

Sumqayıtda küçə problemi: yağış yağanda gölməçə, gecə düşəndə zülmət

Bütün xəbərlər
Dünən, 16:43

Bayram günlərində avtovağzallar gücləndirilmiş iş rejimində çalışacaq

Bütün xəbərlər
Dünən, 16:15

"15 dəqiqəlik şəhər": Sumqayıt dörd Azərbaycan şəhəri arasında sondadır

Bütün xəbərlər
Dünən, 15:45

Sumqayıta 25 milyon manat ayrılacaq

Bütün xəbərlər
Dünən, 15:15

Sumqayıtda bu tarixlərdə hava yağışlı olacaq - XƏBƏRDARLIQ

Bütün xəbərlər
Dünən, 14:41

Xəzərin dayazlaşmasına qarşı hansı tədbirlər görüləcək?

Bütün xəbərlər
Dünən, 14:07

Sumqayıtın bu məktəbində qız şagirdlərə şalvar geyinmək qadağan edilib? - İDDİA

Bütün xəbərlər
Dünən, 13:30

"Qurd dərəsi"ndə yağış sakinlər üçün əsl sınağa çevrilir

Bütün xəbərlər
Dünən, 13:00

Sumqayıtda pensiyalar bu tarixdə ödəniləcək

Bütün xəbərlər
Dünən, 12:25

Sumqayıtda Zəfər Günündə konsert keçiriləcək?

Bütün xəbərlər
Dünən, 11:31

Azərbaycanda dəfn pulu artırılır - YENİ MƏBLƏĞLƏR

Bütün xəbərlər
Dünən, 11:11

Uşağın doğulmasına 1500 manat veriləcək

Kriminal
Dünən, 10:50

3 uşaq anasını öldürən kənd mollasına Sumqayıt məhkəməsindən AĞIR CƏZA

Bütün xəbərlər
Dünən, 10:15

Polis dumanlı hava ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət etdi

İdman
Dünən, 09:45

UEFA Çempionlar Liqası: "Sabah" "Vikinq"lə qarşılaşacaq

Bütün xəbərlər
Dünən, 09:10

Sumqayıtda ağır qəza - şahid danışdı

Bütün xəbərlər
Dünən, 00:01

44 günlük Vətən müharibəsinin 39-cu günü: XRONİKA

İdman
03 noyabr 2026, 18:51

Sumqayıtlı karateçi Avropa çempionu oldu

Oxşar xəbərlər