Sumqayıtda küçə ticarətinə qarşı reyd zamanı münaqişə yaranıb.
Den.az-ın məlumatına görə, aidiyyəti qurumları tərəfindən növbəti reyd “Daş Bazarı” adlanan ərazidə həyata keçirilib.
Bu zaman satıcılar ilə aidiyyəti qurumların əməkdaşları arasında mübahisə yaranıb. Sözügedən qurumların əvvəlcədən xəbərdarlıq etmələrinə baxmayaraq, ərazinin yığışdırılmaması tərəflər arasında münaqişənin yaranmasına səbəb olub.
Qeyd edək ki, estetik görüntünü korlayan küçə ticarəti artıq adıçəkilən ərazidən yığışdırılıb.
Ətraflı Den.az-ın süjetində: