Sumqayıtda küçükləri zəhərləyiblər. Sumqayıt24 bu haqda 20 dekabr tarixində sosial şəbəkələrə istinadən xəbər verir.
Bildirilir ki, heyvanlara verilən yeməyə zəhər qatılıb. Bu səbəbdən onlar tələf olublar. Görüntülərdə ana itin balalarının başı üstündə dayanaraq zingildəyib uladığı anlar əks olunub. O, ölmüş küçüklərini yalayaraq onların üstünü örtür.