top
Sumqayıtda kütləvi ixtisar qalmaqalı
02 oktyabr 2025, 05:22
- ↺ +

Sumqayıtda kütləvi ixtisar qalmaqalı

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

“Aztelekom” MMC-nin Sumqayıt Telekommunikasiya qovşağında çalışan əməkdaşlar qəfil işdən çıxarılıblar.

Həmin şəxslər bir neçə gün öncə Konkret.az-a müraciət ünvanlayaraq maaşlarının uzun illərdir artırılmamasından şikayət edirdilər. Müraciətdən və problemin işıqlandırılmasından sonra, onlar üçün vəziyyət daha da qəlizləşdi. Belə ki, əməkdaşlar anidən imtahan olunduqlarını və bu adla işdən çıxarıldıqlarını bildirirlər.

“20 dəqiqəlik görüşdə bizə sadəcə suallar verdilər. Halbuki bu, test şəklində imtahan deyildi. Yeni avadanlıqlarla bağlı biliklər tələb olundu, amma bizə həmin texnikalarla bağlı heç bir təlim keçirilməyib. Sonra da bildirildi ki, texniklərə ehtiyac yoxdur. Mən 29 ildir burada işləyirəm, Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecini bitirmişəm. Hazırda tək anayam və banklara borcluyam. Necə olur ki, illərlə işləyən əməkdaşlara indi “siz lazım deyilsiniz” deyilir?”, – şikayət edən vətəndaşlar qeyd ediblər. Eyni zamanda işdən çıxarılanlar arasında şəhid ailələrinin də olduğunu vurğulanıb.

Məsələ ilə bağlı “Aztelekom” MMC-dən bildirilib ki, 14 may 2025-ci il tarixində Sumqayıt Telekommunikasiya Qovşağı yenidən təşkil olunaraq “Aztelekom” MMC-yə qoşulub. Bununla bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq zəruri prosedurlar icra edilməkdədir:

“Yenidən təşkil çərçivəsində “Aztelekom” MMC-yə qoşulmuş müəssisənin işçiləri ilə ilkin fərdi görüşlərin ardından müvafiq vəzifələr üzrə diaqnostik qiymətləndirmələrin keçirilməsi planlaşdırılır. Sözügedən proses zamanı əməkdaşların hüquq və imtiyazlarının tam qorunması təmin olunur. Bundan əlavə qeyd edək ki, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi “Aztelekom” MMC-nin korporativ sosial məsuliyyət siyasətinin əsas istiqamətlərindən biridir və diqqət mərkəzində saxlanılır. Belə ki, qeyd olunan prosedurların icrası zamanı da qanunvericiliyin tələblərinə riayət edilməklə şəhid ailələrinin üzvlərinə xüsusi diqqət göstərilir”.

Ümid edirik ki, vətəndaşların iş və sosial təminat hüququnu nəzərə alan sözügedən qurum işdən çıxarılan əməkdaşları yenidən öz vəzifələrinə qaytaracaq və məsələ müsbət həllini tapacaq.

 

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 09:15

Sumqayıt Dövlət Universiteti 155 min manata mebel alır

Bütün xəbərlər
Bu gün, 00:01

44 günlük Vətən müharibəsinin 34-cü günü: XRONİKA

Bütün xəbərlər
Dünən, 20:51

Ceyranbatanda şagirdlərin qida zəhərlənməsi faktı təsdiqlənməyib

Bütün xəbərlər
Dünən, 19:00

Xəstəxana bağlı qalıb, təmir isə görünmür: Sumqayıtdan ŞİKAYƏT

Bütün xəbərlər
Dünən, 17:40

Sumqayıtda ağac kəsilib yerində obyekt quraşdırılıb? - İDDİA

İdman
Dünən, 16:42

Sumqayıtlı MMA döyüşçüsü çəki limitini keçdi - qarşılaşması ləğv edilmədi

Bütün xəbərlər
Dünən, 16:10

Qatarlarda unudulan əşyaların sayı açıqlandı – Bakı-Sumqayıt ilk sırada

Bütün xəbərlər
Dünən, 15:25

Sumqayıtda piyadanı vuraraq öldürən şəxs yenidən məhkəmə qarşısında

Bütün xəbərlər
Dünən, 14:43

19 yaşında Vətənə canının fəda edən Teymurun doğum günüdür

İdman
Dünən, 13:51

"Sumqayıt" - "Şəfa" oyunu ilə bağlı azarkeşlərə MÜJDƏ

Bütün xəbərlər
Dünən, 13:00

Sumqayıta gecə və səhər yağış yağa bilər

Bütün xəbərlər
Dünən, 12:17

Sumqayıtda 5 nömrəli avtobus sakinləri cana yığıb - ŞİKAYƏT

Bütün xəbərlər
Dünən, 11:30

Coratda bu küçə asfaltlanır

Bütün xəbərlər
Dünən, 10:18

Sumqayıtda qəza - maşınlar toqquşdu

Bütün xəbərlər
Dünən, 09:22

Sarayda kişi borc aldığı arvadını bıçaqladı

Bütün xəbərlər
Dünən, 00:01

44 günlük Vətən müharibəsinin 33-cü günü - XRONİKA

İdman
28 oktyabr 2026, 18:30

Sumqayıtda gənc cüdoçular arasında yarış keçiriləcək

Bütün xəbərlər
28 oktyabr 2026, 18:00

Sarayda küçənin bir hissəsini inşaat qalıqları zəbt edib - ŞİKAYƏT

Bütün xəbərlər
28 oktyabr 2026, 17:30

Sumqayıtda sabah çiskin gözlənilir

Bütün xəbərlər
28 oktyabr 2026, 16:41

Riad Rəfiyev: "Zaman keçdikcə daha güclü "Sumqayıt" görəcəyik"

Bütün xəbərlər
28 oktyabr 2026, 15:56

Sumqayıtda kişi arvadını yeməyə görə döydü

Bütün xəbərlər
28 oktyabr 2026, 15:00

Bakı və Sumqayıt tələbələri üçün beynəlxalq İT proqramına qeydiyyat başlayır

Bütün xəbərlər
28 oktyabr 2026, 14:20

Sumqayıtda sakinlərdən zibilin daşınması ilə bağlı TƏLƏB

Bütün xəbərlər
28 oktyabr 2026, 14:00

Sumqayıt məktəblisi beynəlxalq olimpiadada BİRİNCİ OLDU

Oxşar xəbərlər