Sumqayıtda əlilliyi olan şəxslərin məşğulluğu ilə bağlı görüş keçirilib. Bu haqda “İstedadlı Əlillər” Ictimai Birliyi məlumat yayıb.
Şəhərin “Poeziya evi”ndə “İnkluziv iqtisadi modelin inkişafı: əliliyi olan şəxslərin əmək bazarında iştirakçılığının artırılması” adlı tədbir təşkil edilib. Layihənin məqsədi əhalinin aztəminatlı sosial qruplarından olan əlillərin sosial müdafiəsinin daha da gücləndirilməsidir. Tədbir zamanı özünüməşğulluq proqramı geniş müzakirə olunub, iştirakçıların təklifləri dinlənilib.
Tədbir Azərbaycan Respubilikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə təşkil edilib.