Sumqayıtda narkomaniyaya qarşı mübarizə çərçivəsində maarifləndirici tədbir keçirilib. Bu haqda bu gün, 8 aprel tarixində AzTimes.az-a istinadən xəbər veririk.
Məlumata əsasən, “Narkomaniyaya yox deyək” mövzusunda keçirilən tədbirdə narkotik vasitələrin təhlükəsi və insan sağlamlığına məhvedici təsirindən ətraflı məlumat verilib. Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb.
Tədbir şəhər Təhsil Şöbəsində keçirilib. Görüşdə Təhsil Şöbəsinin müdiri Arzu Alızadə, Təhsil Şöbəsinin metodisti Cəmilə Fəyyaz və narkomaniya eksperti Emil Maqalov iştirak ediblər.