Sumqayıtda bir qrup məzun təltif olunub. Sumqayıt24 bu haqda 27 iyul tarixində Abşeron-Xızı Regional Təhsil İdarəsinə istinadən xəbər verir.
Məlumata görə, idarənin tabeliyindəki ümumtəhsil məktəblərində 2021-2022-ci tədris ilində 11-ci sinfi bitirənlərdən Sumqayıt şəhəri üzrə 9 nəfər qızıl, 7 nəfər isə gümüş nişana layiq görülüb.