Sumqayıtda ümumtəhsil müəssisələrinin rəhbərləri ilə görüş keçirilib. Bu haqda 3 mart tarixində Abşeron-Xızı Regional Təhsil İdarəsi xəbər verir.
Toplantı 1 nömrəli tam orta məktəbdə təşkil olunub. Burada Sumqayıt şəhərində və eləcə də Abşeron rayonunda fəaliyyət göstərən məktəb rəhbərləri iştirak ediblər. Görüşdə birinci yarımilin yekunlarına dair yarımillik hesabat təqdim olunub. Daha sonra müvafiq məsələlər barədə iştirakçılara müəyyən tapşırıq və tövsiyələr verilib, onları maraqlandıran suallara aydınlıq gətirilib.