Sumqayıtda vətəndaşın mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə FHN-nin 112 qaynar xəttinə məlumat daxil olub. Sumqayıt24 bu barədə 15 fevral tarixində Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
Çağırış ünvanına xilasetmə qüvvələri cəlb olunublar. Onlar mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1 nəfərin meyitini aidiyyəti üzrə təhvil veriblər.