Fövqəladə Hallar Nazirliyinin (FHN) qaynar telefon xəttinə Sumqayıtda vətəndaşın mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Sumqayit24.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Hadisə ötən gün axşam saatlarında baş verib. Çağırış üzrə FHN-in xilasetmə qüvvələri cəlb olunublar.
Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.