Sumqayıtda deputat Hicran Hüseynova fərdi qaydada seçicilərlə görüşüb. Bu haqda o, öz Facebook səhifəsində məlumat yayıb.
41 saylı Sumqayıt birinci seçki dairəsindən deputat, Milli Məclisin Ailə, Qadın və Uşaq Məsələləri üzrə Komitəsinin sədri olan Hüseynova vətəndaşların müraciətlərini dinləyib.
Səsləndirilən müraciətlərlərin əksəriyyəti işlə təminat və sosial məsələlərlə bağlı idi. Problemlərin bir qismi yerindəcə həll olunub, digərləri isə həll edilməsi üçün aidiyyəti qurumlara yönləndirilib.