Sumqayıtda avtomobildə yanğın olub. Bu haqda 15 fevral tarixində Sumqayıt24 xəbər verir.
Hadisə saat 16:20 radələrində 21-ci mikrorayonda yerləşən “Zəmanə” mebel aləminin qarşısında baş verib. “Daewoo Nexia” markalı minik maşını alışıb. Alov ilk olaraq sakinlərin köməyi ilə, daha sonra əraziyə cəlb olunan Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi tərəfindən söndürülüb.