Sumqayıt Dövlət Dram Teatrında “Missiya” tamaşası nümayiş olunacaq. Bu haqda 25 fevral tarixində Sumqayıt24 xəbər verir.
Əsərdə Azərbaycanın Milli Qəhrəmanı, birinci Qarabağ savaşında şəhid olmuş leytenant Qorxmaz Eyvazovun obrazı canlandırılıb. Tarixi dram Xalq artisti Firudin Məhərrəmovun quruluşunda 26 fevral saat 18:00-da təqdim olunacaq.