Sumqayıt və Bakıda, eləcə də Abşeron rayonunda ümumilikdə 300 məktəbdə koronavirusla bağlı monitorinqlər aparılıb. Bu haqda Report-a istinadən xəbər veririk.
Monitorinq zamanı həmin müəssisələrdə sanitar-gigiyena qaydalarına, yeməkxana, idman zalı və kitabxanalarda tələblərə əməl olunma səviyyəsi yoxlanılıb. Monitorinqlərin nəticələrinə əsasən məktəblərə bu işin daha yaxşı təşkili ilə bağlı bəzi tövsiyə və göstərişlər verilib.
Qeyd edək ki, yoxlamalar təhsil nazirinin əmrinin tələblərinə uyğun olaraq həyata keçirilib.