G
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Sumqayıt Dünya məktəbi 2022-2023-cü tədris ili üçün müəllimlərin işə qəbulunu elan edir. Bu haqda bu gün, 9 mart tarixində məktəb öz Facebook hesabında xəbər verib.
Təhsil müəssisəsi məktəbəqədər təhsil (azərbaycan,rus və ingilis bölmələri), ingilis bölməsi üzrə fənn müəllimləri, ibtidai sinif (azərbaycan,rus və ingilis bölmələri), riyaziyyat (azərbaycan və rus bölmələri), fizika (azərbaycan və rus bölmələri) və informatika (rus bölməsi) fənləri üzrə mütəxəssislər axtarır.
Tələblər:
- Müvafiq sahə üzrə bakalavriat dərəcəsi;
- Sahə üzrə 1 il pedaqoji təcrübə;
- Pedaqogika sahəsində davamlı öyrənmə və təkmilləşdirilmə üçün açıq, dinamik, enerjili və təşəbbüskar müəllimlər müraciət edə bilər.
Maraqlan şəxslər CV-lərini (şəkil ilə) mövzu hissəsində iddia olunan vəzifənin adı qeyd olunmaqla,
[email protected] elektron ünvanına göndərə bilərlər. Ətraflı məlumat üçün (070) 729-25-81 nömrəsi ilə əlaqə saxlamaq olar.