Sumqayıt şəhəri Əhməd Bakıxanov adına 1 nömrəli Uşaq İncəsənət Məktəbinin müəllimi dünyasını dəyişib. Sumqayıt24 bu haqda 15 fevral tarixində Sumqayıt Regional Mədəniyyət İdarəsinə istinadən xəbər verir.
Xoreoqrafiya sinfində çalışan müəllim Aysel Əhmədova uzun sürən xəstəlikdən sonra vəfat edib.
Sumqayıt Regional Mədəniyyət İdarəsi dərin təəssüf və kədər hissi ilə ailəsinə başsağlığı verir.