Mülki müdafiəyə həsr olunan müşavirə keçirilib. Sumqayıt24 bu haqda 15 dekabr tarixində DünyaTV-yə istinadən xəbər verir.
Sumqayıt Dövlət Dram Teatrında baş tutan tədbirdə İcra hakimiyyətinin və yerli özünüidarə orqanlarının nümayəndələri, FHN-in Sumqayıt Regional Mərkəzinin əməkdaşları, aidiyyəti xidmətlər, təhsil müəssisələri və Mənzil kommunal təsərrüfatı içşiləri iştirak ediblər.
Çıxış edənlər görülmüş işlərdən və 2023-cü ildə qarşıda duran vəzifələrdən bəhs ediblər. Mülki müdafiə obyektlərində aparılmış yoxlamaların nəticələri barədə məlumat verilib.
Sonda iştirakçıların sualları cavablandırılıb.