Sumqayıt şəhər Q. Qarayev adına 1 nömrəli Uşaq Musiqi Məktəbində açıq dərs keçirilib. Sumqayıt24 bu barədə 5 dekabr tarixində xəbər verir.
Nəzəriyyə şöbəsinin müdiri və müəllimlərinin iştirak etdikləri dərsdə Azərbaycan musiqisinin lad əsasları ilə ümumi tanışlıq olub. Avropa major-minor sistemi ilə Azərbaycan lad sisteminin müqayisəli təhlili ediləndən sonra Rast ladı haqqında qısa məlumat verilib və həmin ladın səs qatarının quruluşu, mayesi, tərkibində istifadə olunan tetraxord və tam kadensiyalar haqqında bəhs olunub.